Monteneqro millisinin qapıçısı Milan Miyatoviçin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb.

Rekord.az xəbər verir ki, "Levski"nin təcrübəli qolkiper Premyer Liqa klublarıızın birindən təklif alıb.

Miyatoviç "Levski"yə ötən ilin yayında "Buduçnost"dan keçib. 33 yaşlı dəri əlcək sahibi qış fasiləsində gələn təklifi Bolqarıstan klubunun rədd etdiyini söyləyib.

Lakin "Levski" özü artıq onunla yollarını ayırmağa hazırlaşır. Müqavilə müddəti mövsümün sonuna qədər olan Miyatoviçin sözləşməsini klub daha 1 il uzatmaq hüququna malikdir.

Amma sofiyalılar futbolçunun maddi ehtiyaclarını qarşılamaq gücündə deyillər. Əldə etdiyimiz məlumata görə, qapıçının xidmətində maraqlı olan klubumuz "Qarabağ"dı. Məlumdur ki, Beqoviçin gedişindən sonra Ağdam klubu qapıçı axtarışındadır.