"Lexus Trophy 2024" turniri keçirilib
- 01 May 2024 20:23
- 443
Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Trophy 2024" turniri keçirilib. Turnirdə yerli qolfçularla yanaşı ölkəmizdə yaşayan xarici qolfçular da iştirak ediblər.
Rekord.az xəbər verir ki, ümumilikdə 50 qolfçunun iştirak etdiyi yarışda Azərbaycan təmsilçisi Tural Vəlizadə qalib gələrək (78 xal) "Lexus Trophy 2024" çempionu adını qazanıb.
Daha sonra 2 kateqoriyada "Stabil Ford" turniri baş tutub.
A kateqoriyasında 41 xalla Nik Hore ilk yerin sahibi olub.
Alistair Dougall ikinci (40 )xal,
Tural Vəlizadə üçüncü (38 xal) olublar.
B kateqoriyasında isə Regina Bədəlbayeva 45 xalla qalib adını qazanıb. Növbəti yerləri Con Rayt (44 xal) və Vasso Papadopulou (42 xal) tutublar. “Longest drive champion” nominasiyasında Elman Rzayev, “Nearest the pin champion” nominasiyasında isə Eldar Kərimov fərqləniblər.
Qalibləri mükafatlandıran Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov onları təbrik edərək yaddaqalan çıxışları ilə turnirə töhfə verdikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirib.