"Bayern" ilə "Leypsiq" arasında Almaniya Super Kuboku uğrunda matç keçirilib.

Rekord.az xəbər verir ki, "Alyans Arena"da baş tutan oyun "Leypsiq"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 3-cü dəqiqədə Dani Olmo açıb. O, 44 və 68-ci dəqiqələrdə vurduğu qollarla het-trik edib və komandasına titul qazandırıb.

"Leypsiq" tarixində ilk dəfə Almaniya Super Kubokunu qazanıb.