“Leypsiq”in yetirməsi 25 yaşında vəfat edib
- 29 Noy 2023 17:45
- 321
Almaniyanın "Yan Regensburq" klubunun futbolçusu Aqyemanq Diavuzi dünyasını dəyişib.
Rekord.az 3-cü liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, 25 yaşında vəfat edib.
Sağ cinah müdafiəçisinin ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Aqyemanq Diavuzi cari mövsüm 12 matçda meydanda olub. O, "Leypsiq" klubunun yetirməsi idi.