Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi cənubi koreyalı hücumçu Hvanq Hi-Çanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Avstriyanın “Zalsburq” klubundan transfer edilən 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Hi-Çan bu mövsüm “Zalsburq”da meydana çıxdığı 40 oyunda 16 qola imza atıb.