Almaniyanın “Leyptsiq” klubu futbolçusu Kevin Kamplın müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçiylə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Kampl, bu mövsüm Bundesliqada 10 oyunda iştirak edib və 2 qolla yadda qalıb.