Bu gün Yüksək Liqada 15-ci turun yarıda qalmış “Marafon” – “Araz” oyunu keçirilib.

Lider “Araz”ın ikinci pillədə qərarlaşan “Marafon”la oyunu məhsuldar alınıb. Bakı İdman Sarayında keçirilən oyunda qapılara 7 qol vurulub. Qələbəni isə “Araz” bayram edib.

Bu qələbə sayəsində 17-ci oyunundan da qalib ayrılan “Araz” cari mövsümdə itkisiz irəliləməkdə davam edir. Sözügedən komandanın 51 xalı varsa, “Marafon” 39 xalda qalıb.

Yüksək Liqa
15-ci turun oyunu

2 mart

Marafon - Araz 2:5
Qollar: Farid Mazaherichorasi, 37:35. Vitali Borisov, 38:51 - İsa Atayev 0:45-pen; 14:54. Eshaq Surğali, 19:36. Xətai Bağırov, 28:46. Murilo Borges Souza, 33:15.
Hakimlər: Əli Cəbrayılov, Anar Fərəcov və Ceyhun Hüseynov.