Azərbaycan Basketbol Liqasında 18-ci tura start verilib.

Rekord.az xəbər verir ki, açılış oyununda lider NTD “AAAF Xırdalan”la qarşılaşıb.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş Xırdalan təmsilçisinin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 19 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (34 xal, 5 ribaund) olublar.

Turun “Sabah” - “Gəncə”, “Neftçi” İK - “Olimpik Şəki”, “Zirvə Astara” - “Sərhədçi” oyunları 18-19 fevralda keçiriləcək.