Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki,  UNEC-in idman zalında baş tutan “AZERRAIL”-UNEC qarşılaşması 11-ci turun son görüşü olub. 
Oyun 3:0 hesabı ilə “AZERRAIL”in qələbəsi ilə başa çatıb. 
Beləliklə, xallarının sayını 27-ə çatdıran (9 qələbə) “AZERRAIL” yenidən liderliyi ələ alıb. “Murov Az Terminal” 26 xalla (9 qələbə) 2-ci, “Abşeron” 21 xalla (7 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
31 yanvar

11-ci tur
   “AZERRAIL” - UNEC 3:0 (25:13, 25:18, 25:7)