Lider Zaqatalada uduzdu, “Qarabağ” qalib gəldi
- 05 Mar 2020 20:00
- 835
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
Lider “Səbail-2” səfərdə “Zaqatala”ya məğlub olub. “Sabah”la “Neftçi”nin əvəzedicilərinin duelində qalib müəyyənləşməyib. “Qarabağ”ın əvəzediciləri isə “Qaradağ Lökbatan” üzərində qələbəyə sevinib.
Birinci Divizion
18-ci tur
5 mart
Zaqatala – Səbail-2 2:0
Qol: İbrahim Qədirzadə, 45. Ramin Əhmədov, 77.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Kərim Zeynalov, İslam Məmmədov
Zaqatala şəhər stadionu, 14:00
Sabah-2 – Neftçi-2 1:1
Qol: Zahid Mərdanov, 45+3-pen – Hüseyn Hüseynzadə, 74.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00
Qarabağ-2 – Qaradağ Lökbatan 2:0
Qol: Cavid Bayramov, 31. Elvin Talıbov, 63.
Hakimlər: Kamranbəy Rəhimov, Elxan Əsgərzadə, Taleh Məmmədov, Tural Qurbanov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:30
6 mart
Sumqayıt-2 – Keşlə-2
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00
Qeyd 1: Bu tur “Zirə-2” komandası istirahət edəcək.
Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Ağsu” – “Kəpəz” matçı keçirilməyəcək.
Qeyd 3: “Turan Tovuz” – MOİK matçı qeyri-müəyyən müddətə təxirə salınıb.