II Liqada 9-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Cəbrayıl” ev oyununda “Ağdaş”a, “Qusar” da “Dinamo”ya qalib gəlib. “Kürmük Qax” lider “Baku Sportinq”ə, “Göygöl” isə “Şəki Siti”yə məğlub olub.

II Liqa
9-cu tur

31 oktyabr

“Cəbrayıl” – “Ağdaş” 5:3
Qollar: Tapdıq Əhmədov, 17-pen; 31; 70. Nurlan Quliyev, 43. Baxşəli Baxşəliyev, 61 - Ramal Əhmədov, 56. Xəzər Məmmədov, 67. Nicat Baxşiyev, 90+2.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Kürmük Qax” – “Baku Sportinq” 0:1
Qol: Elməddin Hüseynzadə, 46.
Qax OİK stadionu, 14:00.

“Qusar” – “Dinamo” 3:1
Qollar: Aslan Hüseynov, 27. Sərxan Ağayev, 41; 90 – İsa Cəbiyev, 35.
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00.

“Göygöl” – “Şəki Siti” 1:2
Qollar: Vüqar Əşrəfli, 38 – Ravil Yusifli, 33. Ceyhun Rəcəbli, 55.
Göygöl OİK stadionu, 14:30.

Turun digər oyunları:

“Füzuli” – “Lerik” 1:1
“Şəmkir” – “Şahdağ Qusar” 0:5
“Kür-Araz” – “Şəfa” 5:1