Basketbol üzrə Azərbaycan Super Liqasında 14-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün baş tutub.
 
Turun ən maraqlı qarşılaşması “Atom”la lider “Zirvə Astara” arasında baş tutub. "Atom" rəqibini məğlub edəcəyi halda xal hesabında "Zirvə"yə çatacaqdı. Amma Astara təmsilçisi buna imkan verməyib və zirvədəki yerini qoruyub.

Azərbaycan Super Liqası
14-cü tur

25 yanvar

Atletik – Sərkərdə 60:85

Sıçrayış – Xırdalan 52:80

Atom - Zirvə Astara 62:98

80-lər – Gəncə 78:97