Futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, tura liderlə ən yaxın izləyicisinin dueli ilə start verilib.

Çempionluğu təmin edən “Araz-Naxçıvan” “Baku Fire” ilə sülh bağlayıb. Turun ikinci matçında U-19 “Yasamal Bakı”ya uduzub. Turun son matçı keçirilməyib. Buna səbəb “Record”un təyin olunan vaxtda meydana çıxmamasıdır. Nəticə ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

Baku Fire – Araz-Naxçıvan 5:5
Qollar: Murad Quluzadə, 9:38, 29:53, Kənan Manafov, 27:20, 28:51, Oktay Rüstəmli, 29:35 - Amadeu, 1:51, Novruz Kazıxanov, 5:25, Diaqo Auqusto, 16:09, 30:48, Xəzər Ağalızadə, 16:35
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Hidayət Feyzullayev
Hakim-inspektor: Elçin Səmədli
7 aprel. Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – U-19 5:4
Qollar: Fuad Məmmədzadə, 7:47, Rüstəm Bağırov, 12:26, Əsgər Abasov, 17:11, Tofiq Məlikov, 17:33, Adil İsmayılov, 39:46 - Qüdrət Qasımzadə, 4:59, Abbas Zeynalov, 29:01, 29:16, Rüfət Məmmədli, 36:25.
Hakimlər: Elgün Hüseynov, İmran Məhərrəmov, Vüsal Balaşov
Hakim-inspektor: Ramiz Əsədov.
7 aprel. Bakı İdman Sarayı. Saat 16:00.

Neftçi İK – Record (oyun keçirilməyib)
Hakimlər: Ziya Nəsirov, Məmmədəli Kərimov, Kənan Məlikov
Hakim-İnspektor: Mehman Mahmudov
7 aprel. Bakı İdman Sarayı. Saat 18:00.