Bu gün Fransa çempionatında 2-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Nant” doğma meydanda “Lill” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

Fransa, Liqa 1
2-ci tur

12 avqust

Nant – Lill 1:1
Qol: Simon, 28 – İsmaili, 76.