Fransa çempionu "Lill"də gözlənilməz baş məşqçi ayrılığı reallaşıb.

Rekord.az "L’Equipe"ə istinadən xəbər verir ki, Kristof Qaltye komandadan ayrıldığını açıqlayıb.

O, bu ilin iyununa qədər nəzərdə tutulan müqaviləsini yeniləmək istəməyib.

54 yaşlı çalışdırıcı qərarı ilə bağlı bildirib: "Bu səhər uzun söhbətdən sonra klub prezidentinə komandadan ayrıldığımı dedim. Hansı sözləri deyəcəyimi bilmirəm. Sadəcə, buradakı vaxtımın bitdiyinə əminəm. Bu ecazkar klubdan ayırlmaq vaxtı gəldi".

Qeyd edək ki, fransalı mütəxəssis 2017-ci ildə "Lill"ə baş məşqçi təyin edilib və həmin mövsüm komandanı Liqa 1-i tərk etməkdən xilas edib. Növbəti mövsüm isə komanda çempionatda 2-ci olub. Bu mövsüm isə PSJ-ni qabaqlayan "Lill" son 10 ildə ilk dəfə çempion olub.