Fransanın “Lill” komandası Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Sevilya”nın qonağı olacaq.

Rekord.az xəbər verir ki, Fransa təmsilçisinin hücumçusu Burak Yılmaz sözügedən matçı buraxacaq. Bu barədə “Lill”in baş məşqçisi Joslen Qruvennek yerli mətbuata açıqlamasında deyib.

Türkiyəli futbolçu xəstələnib və bu səbəbdən komandayla İspaniya səfərinə yollanmayıb.

“Lill” Çempionlar Liqasının G qrupunda 2 xalla 3-cü sıradadır.