"Lill"in prezidenti Olivier Letanq komandanın futbolçusu Burak Yılmazın gələcəyindən danışıb.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, adı "Nitsa" ilə hallanan Türkiyə millisinin üzvünün komandada qalacağını deyib: "Nitsa"nın bizdən xəbərsiz bir müddətdir Burakla təmasda olduğunu bilirik. Burak Yılmaz mənə və baş məşqçiyə komandada qalmaq istədiyini söylədi. Ayrılmaq fikri yoxdur. Ən önəmlisi budur. Burakın klubdan ayrılması mümkünsüzdür".

Qeyd edək ki, B.Yılmaz ötən mövsüm Fransa çempionatında meydana çıxdığı 28 matçda 16 qol vurub, 5 qolun ötürməsini vurub.