"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln"la (Cəbəllütariq) oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün baş tutani mətbuat konfransında bunları söyləyib:

“Öz stadionumuzda ilk oyunumuzu keçirəcəyik. Pis hazırlaşmamışıq. İlk matçda qalib gəlmişik. Çox yaxşı müdafiə olunmağı bacaran komandaya qaşrı mübarizə aparacağıq. "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir. Qalib gələcəyimiz təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik".

Təcrübəli mütəxəssis qarşıdakı müddətdə komandaya yeni oyunçuların cəlb oluna biləcəyini bildirib:

“Əlimizdə olan heyətlə bütün oyunlara hazır olmalıyıq. Bununla belə, baş məşqçi olaraq istərdim ki, heyətə bir neçə futbolçu daha cəlb edim. Çünki mövsümün gedişində zədəli oyunçular ola bilər. Yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istəyirik".

"Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.