"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə klubun rəsmi saytına açıqlama verib.

Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni mövsümün ilk matçında çatışmazlıqların ola biləcəyini söyləyib:

"Linkoln"u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdür. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram".

Təlim-məşq toplanışına da toxunan Qurbanov hazırlığın yaxşı keçdiyini vurğulayıb: "Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər".

İyulun 11-də "Viktoriya" stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.