Fransanın “Olimpik” (Lion) klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Silvinyonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Braziliyalı mütəxəssisin vəzifəsinin icrası müvəqqəti olaraq Cerald Batiklə tapşırılıb.

Lion təmsilçisi Liqa 1-də 9 xalla 14-cü sırada qərarlaşıb.