![photo](https://www.rekord.az/storage/uploads/5/toko-ekambi-780x470.jpeg)
Lion “Olimpik”i futbolçusunu ərəblərə satdı
- 25 Avq 2023 15:44
- 370
Lion “Olimpik”inin hücumçusu Karl Toko Ekambi Səudiyyə Ərəbistanı klubu “Abha”ya keçib.
Rekord.az Abha təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı kamerunlu ilə iki illik müqavilə imzalanıb.
Karl Toko Ekambi 2020-ci ildən Lion klubunun futbolçusu idi. O, 2022/23 mövsümünü icarə əsasında “Renn”də keçirib və Liqa 1-də 38 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə edib.