Lion “Olimpik”i hücumçusunu 7 milyon avroya satdı
- 03 İyl 2020 11:42
- 591
Fransanın “Nitsa” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion “Olimpik”indən Amine Quirini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçuyla müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Nitsa” Lion klubuna Amine üçün 7 milyon avro ödəyib.
Əlcəzair əsilli fransalı hücumçu 2017-ci ildən “Olimpik”in əsas komandasında çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandada 15 oyuna çıxıb.