Lion “Olimpik”indən 20 milyon avroluq transfer
- 30 Yan 2020 19:00
- 861
Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Atletiko Paranaense”dən Bruno Gimaraynsı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Lion təmsilçisi Bruno üçün Braziliya klubuna 20 milyon avro ödəyəcək.
Yarımmüdafiəçi yeni komandasında 39 nömrəli formanı geyinəcək.