![photo](https://www.rekord.az/storage/uploads/5/messi-86.jpg)
Lionel Messi bunu da bacardı
- 26 İyl 2023 13:32
- 299
"İnter Mayami"nin superulduzu Lionel Messi Liqa Kuboku çərçivəsində evdə "Atlanta Yunayted"ə qarşı keçirdikləri oyunda (4:0) iki qol vurub və bir məhsuldar ötürmə müəllifi olub.
Rekord.az xəbər verir ki, start heyətdə meydana çıxan və 78-ci dəqiqədə əvəzlənən argentinalı komandasının qələbəsində böyük pay sahibi olmaqla yanaşı, fərdi uğura da imza atıb.
Belə ki, "Atlanta Yunayted" argentinalı hücumçunun qol vurduğu 100-cü klub olub.
Qeyd edək ki, Messi bu yay PSJ-dən azad agent qimində ayrılaraq "İnter Mayami" ilə müqavilə bağlayıb. O, artıq bu komandada 2 oyuna 3 qol vurub.