"Lion"un baş məşqçisi: "Ronaldo sərhəddə dayandırılmalıdır"
- 21 Fev 2020 13:47
- 701
“Bu, bizim üçün əla fürsətdir. Əgər mərhələni keçsək, böyük uğur qazanmış olacağıq. Xüsusilə də nəzərə alsaq ki, Depay bizə kömək edə bilmir”.
Rekord.az xəbər verir ki, bu sözləri “Lion”un baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının 1/8 finalında “Yuventus”la keçiriləcək oyun haqqında danışarkən deyib.
Fransalı mütəxəssis rəqibin lideri Kriştiano Ronaldonun qarşısının alınması üçün maraqlı çıxış yolu göstərib: “Ronaldo ilə necə davranmalıyıq? “Lion”u sevmirsə, onu sərhəddə dayandırmaq lazımdır. Ciddi söyləyim ki, biz ümumilikdə rəqibə qarşı müdafiə olunmalıyıq. Əgər təkcə Ronaldonu saxlamağa çalışsaq, Dibala və İquain üçün yaxşı fürsət vermiş olarıq”.
Qeyd edək ki. “Lion” - “Yuventus” matçı fevralın 26-da keçiriləcək.