Liqa 1-də ayın ən yaxşısı bəlli oldu
- 26 Dek 2020 12:41
- 604
Futbol üzrə Fransa çempionatında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Monpelye”nin hücumçusu Endi Delor ötən ayın ən yaxşısı elan olunub.
Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Delor noyabrda dörd çempionat oyununda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İkinci yeri “Monako”nun hücumçusu Kevin Folland, üçüncü pilləni isə “Brest”in forvardı İrvin Kardona tutub.