Futbol üzrə Fransa çempionatında 2019/20 mövsümünün çempionu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə Fransanın “LEquipe” nəşri məlumat yayıb.

Koronavirus pandemiyası səbəbiylə vaxtından tez yekunlaşdırılan çempionatda PSJ çempion elan edilib. Liqa 1 rəhbərliyi turnir cədvəlinin sıralamasına əsaslanacaq.

Qərarın tezliklə rəsmi şəkildə açıqlanacağı bildirilir.

Çempionatda turnir cədvəlinə 68 xalla PSJ başçılıq edirdi. “Marsel” 58 xalla 2-ci, “Renn” isə 50 xalla 3-cü pillədə qərarlaşıb.