PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Osman Dembele yanvar ayı üçün Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.


Rekord.az xəbər verir ki, fransalı futbolçu yanvarda Paris komandasının dörd oyununda iştirak edib və 8 qol vurub. O, cari mövsümdə Liqa 1-də 19 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.


PSJ Liqa 1-in 21 turundan sonra 53 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.