Futbol üzrə Fransa Liqa 1-də yeni mövsümün başlayacağı vaxt məlum olub.

Rekord.az “RMC Sport”a istinadən xəbər verir ki, Liqa 1-də yeni mövsüm avqustun 23-də start götürəcək. Liqa 2-nin oyunları isə avqustun 22-də başlayacaq.

Mövsümün tam təqviminin iyunun 17-dən sonra müəyyənləşəcəyi bildirilir.

Fransa Liqa 1-də 2019-20 mövsümü koronavirus səbəbiylə dayandırılmış, daha sonra mövsümün erkən sona çatdırılmasına qərar verilmişdi. Çempionatın qalibi turnir cədvəlinə əsasən PSJ elan olunub.