Fransanın “Nim” klubu baş məşqçisi Bernar Blakerlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Nim”də müvəqqəti olaraq komandanın “sükan”ı Jerom Arpinoya tapşırılıb.

Blaker 2015-ci ilin noyabrından “Nim”i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda koronavirusa görə dayandırılan Liqa 1-i 18-ci yerdə tamamlayıb.