“Lill” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Eştoril” klubunun sağ cinah müdafiəçisi Tyaqo Santosu transfer edib.

20 yaşlı portuqal futbolçu ilə 5 illik müqavilə imzalanıb. Fransa klubu onun transferi üçün “Eştoril”ə 6,5 milyon avro ödəyib.

Santos “Eştoril”də başladığı peşəkar karyerası ərzində 34 oyuna çıxıb, 7 assist müəllifi olub.