Fransanın “Reyms” komandasının baş məşqçisi Oskar Qarsiya koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyalı mütəxəssislə yanaşı, köməkçisi Ruben Martinesdə də infeksiya aşkarlanıb. Onların hər ikisi təcrid olunub. Məşqçilərin həyatı üçün hər hansı təhlükə olmadığı diqqətə çatdırılıb. Komandanın digər üzvlərindən götürülmüş analiz nümunələri isə mənfi çıxıb.

“Reyms” bu mövsüm Liqa 1-də keçirdiyi 15 oyunda 16 xal toplayıb və 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komanda sabah 16-cı tur çərçivəsində doğma meydanda “Lill” ilə qarşılaşacaq.