Fransa Peşəkar Futbol Liqası (LFP) koronavirus üçün 50 min test almağı planlaşdırır.

Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

LFP bununla mütəmadi olaraq Liqa 1 və Liqa 2-nin futbolçularını, məşqçilərini və klubda çalışanları test edəcək. Test nəticəsi müsbət çıxanlar evdə və ya oteldə karantinə alınacaq.

Koronavirus testlərinin alınmasıyla bağlı daha bir variant nəzərdən keçirilir. Bu variantda isə Fransada Liqa 1 və 2-dəki bütün klubların koronavirus testi alıb, futbolçularını və məşqçilərini daimi yoxlaması düşünülür.

Fransa klubları mayın 11-dən məşqləri bərpa etmək istəyir.