"Liverpul" Almaniya "Leypsiq"inin iki futbolçusunu transfer etməyə hazırlaşır.

Rekord.az xəbər verir ki, bunlar Dayot Upamekano və İbrahima Konatedir.

Mersisayd təmsilçisindən başqa Avropanın digər nəhəng klubları da hər iki müdafiəçini heyətinə qatmaq istəyir. "Liverpul" bu transferlər üçün qarşı tərəfə 80 milyon avrodan çox ödəniş etməlidir.

Upamekano və Konate 2017-ci ildən "Leypsiq"də çıxış edir.