“Liverpul” dünya çempionu oldu
- 22 Dek 2019 00:17
- 912
Futbol üzrə klublararası dünya çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, turnirin final oyunu İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları arasında keçirilib.
Həlledici görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda isə Avropa təmsilçisi Roberto Firminonun vurduğu qolla (99) qalib gələrək mundialın qızıl medallarına sahib çıxıb.
Bu gün həm də üçüncü yer uğrunda oyun keçirilib. Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Meksika “Monterrey”i ilə üz-üzə gəlib. Bu matçın da əsas vaxtı heç-heçə bitib – 2:2. Penalti seriyasında 4:3 hesabıyla üstün olan meksikalılar bürünc medalları qazanıblar.