“Liverpul” elitanı tərk etdi, “Çelsi” çempion oldu
- 06 İyn 2020 12:42
- 547
Futbol üzrə qadınlar arasında İngiltərə Super Liqasında koronavirus pandemiyası səbəbilə yarımçıq dayandırılan 2019/20 mövsümünə vaxtından əvvəl yekun vurulub.
Rekord.az xəbər verir ki, artıq İngiltərə Futbol Federasiyası mövsümün yekun nəticələrini də açıqlayıb.
“Çelsi” çempion elan olunub. Maraqlıdı ki, çempionat dayandırılarkən “Mançester Siti” lider idi. Lakin ikinci sırada qərarlaşan “Çelsi”nin ehtiyatda da oyunu olduğundan, matç sayına görə hesablanan xal sistemində London təmsilçisi liderliyi ələ keçirərək çempion sayılıb. “Mançester Siti” isə ikinci olub.
Kişilərdən ibarət komandası Premyer Liqada böyük fərqlə lider olan “Liverpul”un qadın futbolçulardan ibarət komandası isə sonuncu pillədə yer aldığı üçün elitanı tərk edib. Bu komandanı yeni mövsümdə “Aston Villa”nın əvəz edəcəyi bildirilib.