“Liverpul” futbolçusunu Braziliya klubuna satdı
- 10 Yan 2020 12:20
- 734
Braziliyanın “Atletiko” (Mineyro) klubu “Liverpul”dan icarəyə götürdüyü Allan Rodriqesi birdəfəlik transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.
22 yaşlı braziliyalı yarımmüdafiəçi 2019-cu ilin yayından “Atletiko”da icarədə idi. Amma “Liverpul”a daha 3 milyon avro ödəyən Braziliya klubu, oyunçunun transfer hüquqlarını da alıb. Braziliyalı futbolçu yeni klubu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb.
Allan “Liverpul”a 2015-ci ildə Braziliyanın “İnternasional” klubundan transfer olunmuşdu. Amma o, İngiltərə təmsilçisində heç bir rəsmi oyuna çıxmayıb. Geridə qalan 4,5 il ərzində yarımmüdafiəçi altı fərqli klubda icarədə olub: SJK (Finlandiya), “Sent-Trüden” (Belçika), “Herta”, “Ayntraxt” (hər ikisi Almaniya), “Apollon” (Kipr) və “Fluminense” (Braziliya).