“Liverpul” futbolçusunu satdı
- 23 Avq 2024 15:40
- 150
"Liverpul" futbolçusu Stepp van den Berqi satıb.
Rekord.az xəbər verir ki, 22 yaşlı müdafəçi "Brentford"a keçib.
Bu barədə klubun mətbaut xidməti məlumat yayıb. "Brentford" transferə görə "mersisaydlılar"a 24 milyon avro ödəyib. Niderlandlı oyunçu ilə 5 illik müqavilə imzlanıb.
Van den Berq ötən mövsümü icarə əsasında "Maynts"da keçirib. O, Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb və 3 qol vurub. Stepp 2019-cu ildən "Liverpul"a məxsus idi.