“Liverpul” futbolçuları Harri Uilson və Harvi Elliotu icarəyə göndərib.

Rekord.az klubun saytına  istinadən xəbər verir ki, Harri Uilson kayerasını “Kardiff Siti”də davam etdirəcək. 23 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavlənin detalları açıqlanmayıb.

Harvi Elliotun isə “Bləkbörn”ə icarəyə verildiyi bildirilib. 17 yaşlı yarımmüdafiəçi ilə də bağlanan sözləşmənin şərtləri qeyd olunmayıb.

Qeyd edək ki, geridə qalan mövsümü icarə əsasında  “Brnmut”da keçirən H.Uilson komandanın heyətində 31 matça çıxıb və 7 qol vurub. H.Elliot isə “Liverpul”da 9 rəsmi oyun keçirib.