"Liverpul" qapıçısı Loris Kariusu icarəyə verib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper 202/2021 mövsümünü icarə əsasında "Union"da (Berlin) keçirəcək.

Qeyd edək ki, Kariusun "Liverpul"la müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, ötən mövsümü icarə əsasında "Beşiktaş"da oynayıb.