![photo](https://www.rekord.az/storage/uploads/5/sepp.jpeg)
“Liverpul” onu icarəyə verdi
- 14 İyl 2023 10:15
- 265
“Maynts” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Liverpul”un mərkəz müdafiəçisi Sepp van den Berqi icarəyə götürüb.
Niderlanddan olan 21 yaşlı futbolçu 2024-cü ilin yayına qədər Almaniya klubunun uğurları üçün çalışacaq.
Van den Berq “Zvolle”nin yetirməsidir. O, “Liverpul”a 2019-cu ilin yayında gəlib. İngiltərə klubunun əsas komandasında 4 oyun keçirmiş futbolçu daha öncə “Preston Nort End” və “Şalke”də də icarədə olub.