İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Oluvaseyi Ojonu icarəyə göndərib.

Rekord.az xəbər verir ki, Premyer Liqanın qalibi 23 yaşlı futbolçunu Çempionşip təmsilçisi “Kardiff Siti”yə icarəyə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngilis futbolçu mövsümün sonuna qədər Çempionşip klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ojo “Liverpul”un öz yetirməsidir. Bu klubun əsas komandasında cəmi 8 oyun keçirmiş vinger, ötən mövsüm icarə əsasında Şotlandiya "Reyncers"ində oynayıb. O, daha öncə “Uiqan”, “Vulverhempton”, “Fulhem”, “Reyms” klublarında da icarədə olub.