
“Liverpul” Salahla müqavilə müddətini uzadıb
- 11 Apr 2025 14:15
- 89
İngiltərə təmsilçisi "Liverpul" hücumçusu Məhəmməd Salahla müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Misirli oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Salah cari mövsüm "Liverpul"un heyətində bütün yarışlarda 45 matçda 32 qol vurub.