"Liverpul" Salahla müqaviləni yeniləyir
- 21 Avq 2021 19:52
- 458
"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədir.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O 29 yaşlı hücumçu ilə yeni sözləşmə imzalamaq üçün danışıqlar apardıqlarını deyib:
"Danışıqlar gedir, bəli. Bunun üzərində işləyirik. Onunla müqaviləni uzatmaq istəyirik. Salahın əhval -ruhiyyəsi yaxşıdır və ümid edirəm ki, belə də qalacaq".
Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.