"Liverpul" yeni müqavilələrə hazırlaşır
- 14 Noy 2020 14:20
- 602
“Liverpul” futbolçuları Vircil va Deyk və Fabinyo ilə müqaviləsini yeniləməyi planlaşdırır.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hər iki oyunçu zədəli olsa da, klub onların son zamanlardakı çıxışını qiymətləndirib və müqavilələrini uzatmaq qərarına gəlib.
“Mersisaydlılar”ın danışıqlar prosesinə 2021-ci ilin mart ayında başlayacağı bildirilib.
Qeyd edək ki, Van Deyk və Fabinyonun “Liverpul”la hazırkı sözləşməsinin müddəti 2023-cü ilin yayına qədərdir.