“Liverpul” yeni transferini rəsmən açıqladı
- 29 Avq 2024 19:30
- 136
İngiltərənin "Liverpul" klubu İtaliya təmsilçisi "Yuventus"dan Federiko Kyezanı transfer edib.
Rekord.az Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayıb.
Müqavilənin detalları barədə ətraflı məlumat verilməyib. “Liverpul”un bu transfer üçün 12 milyon avro ödədiyi bildirilir.
Kyeza “Yuventus”un heyətində meydana çıxdığı 131 matçda 32 qol vurub.