“Liverpul” futbolçusu Morqan Boysun müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Liverpul”un yetirməsi olan uelsli futbolçu ötən ilin dekabrında əsas komandada debüt edib.