İngiltərənin “Liverpul” klubu müdafiəçisi Trent Aleksander-Arnoldla müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə 4 illik yeni sözləşmə imzalanıb. Bu müqaviləyə əsasən, o, komandasının ən çox qazanan futbolçularından birinə çevrilib.

Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinir. İngiltərə millisinin üzvü bu komandada 179 oyuna çıxıb.