“Liverpul”da ciddi itki
- 19 Fev 2024 16:45
- 221
"Liverpul"un portuqaliyalı futbolçusu Dioqo Jota zədlənib.
Rekord.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 25-ci turunun "Brentford"la matçında (4:1) sıradan çıxıb və meydanı xərəkdə tərk edib.
27 yaşlı hücumçu artıq tibbi müayinədən keçib. İngiltərə mətbuatı forvardın sol dizində zədə aşkarlandığını və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.
Jota bu mövsüm "Liverpul"da 28 oyun keçirib, 14 qol vurub və 4 qolun ötürməsini verib.