“Liverpul"un futbolçusu Co Qomes zədələnib.


Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot məlumat verib.


Mütəxəssis 27 yaşlı müdafiəçinin zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq:


“Co budunun arxasından zədə alıb. Qomesin sağalması bir qədər vaxt aparacaq. Uzun müddət oynamayacaq”.


Xatırladaq ki, Qomes bu mövsüm 16 matçda meydana çıxıb.